Zəfər Günü ilə bağlı Daşkənddə rəsmi qəbul keçirilib

Xarici siyasət
  • 02 noyabr, 2026
  • 23:06
Zəfər Günü ilə bağlı Daşkənddə rəsmi qəbul keçirilib

Özbəkistanın paytaxtı Daşkənddə Azərbaycanın Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfiri Rəşad Məmmədov "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.

"Azərbaycanın Özbəkistanndakı Səfirliyinin və səfirliyin tabeliyində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə "Hyatt Regency Tashkent" hotelində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş təntənəli rəsmi qəbul keçirilib", - o yazıb.

Qeyd olunub ki, tədbirdə dövlət və hökumət nümayəndələri, diplomatik korpusun üzvləri, beynəlxalq təşkilatların təmsilçiləri, elm, mədəniyyət və incəsənət xadimləri, Azərbaycan diasporunun üzvləri, eləcə də yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

44 filmi