Tramp neftin ucuzlaşmasını İranla mümkün sülhlə əlaqələndirib

Digər ölkələr
  • 03 noyabr, 2026
  • 02:22
Tramp neftin ucuzlaşmasını İranla mümkün sülhlə əlaqələndirib

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran münaqişənin dayandırılması barədə Vaşinqtonla ən qısa zamanda razılıq əldə etməyə çalışır.

"Report" xəbər verir ki, bu barədə Amerika lideri "Truth Social" sosial şəbəkəsində yazıb.

"İran ən qısa zamanda nizamlanma istəyir. Bu, baş verə bilər!" - Tramp qeyd edib.

ABŞ Prezidenti həmçinin neftin qiymətinin düşməsinə diqqət çəkərək, bunu münaqişənin mümkün nizamlanması gözləntiləri ilə əlaqələndirib:

"Neftin qiyməti sürətlə düşür - barel üçün demək olar ki, 10 dollar. Bu rekorddur, çünki insanlar İranla müharibənin olmayacağını düşünürlər".

44 filmi