Yaponiyanın daxili işlər və kommunikasiya nazirinin müavini Azərbaycana səfər edəcək

Xarici siyasət
  • 01 oktyabr, 2026
  • 10:07
Yaponiyanın daxili işlər və kommunikasiya nazirinin müavini Azərbaycana səfər edəcək

Yaponiyanın Daxili İşlər və Kommunikasiya Nazirliyinin beynəlxalq məsələlər üzrə nazir müavini Hideo Fuseda yaxın vaxtlarda Azərbaycana səfər edəcək.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Yaponiyadakı səfiri Fərid Talıbov yaponiyalı rəsmi ilə görüşün yekunlarına dair sosial şəbəkələrdə yazıb.

Görüş Azərbaycanın Tokiodakı səfirliyində baş tutub. Tərəflər qarşılıqlı maraq doğuran məsələləri, eləcə də müxtəlif sahələrdə əməkdaşlıq imkanlarını müzakirə ediblər.

"Azərbaycan tərəfi H.Fusedanın Azərbaycana qarşıdan gələn səfərini alqışlayır və onun təşkilində hərtərəfli köməklik göstərməyə hazırdır. Biz ona yaxşı yol və məhsuldar səfər arzulayırıq", - səfir əlavə edib.