Ankara Vaşinqtona Qara dəniz vasitəsilə taxıl tədarükünün təmin olunmasına dair təkliflər təqdim edib

Digər ölkələr
  • 31 oktyabr, 2026
  • 21:26
Ankara Vaşinqtona Qara dəniz vasitəsilə taxıl tədarükünün təmin olunmasına dair təkliflər təqdim edib

Türkiyə Qara dəniz vasitəsilə taxıl tədarükünün təhlükəsizliyinin təmin edilməsinə dair ideyaları ABŞ-yə təqdim edib.

"Report" xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio Atlantada G20 ölkələrinin xarici işlər nazirlərinin görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.

"Biz bu məsələ ilə bağlı bir neçə həftə əvvəl Türkiyə tərəfindən bizə göndərilmiş təklifləri araşdırırıq", - o bildirib.

Rubionun sözlərinə görə, beynəlxalq ictimaiyyətdə Qara dənizdə atəşkəs zamanı qarant və ya vasitəçi qismində iştirak etməyə maraq artır. Rubio qeyd edib ki, bu marşrut üzrə tədarük zamanı yaranan risklər təkcə enerji sektorunu deyil, həm də ərzaq sektorunu təhlükə altına qoyur.

Daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşündə tərəflər ərzaq təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcək Qara dəniz taxıl dəhlizi üzərində işi davam etdirmək barədə razılığa gəliblər.