Xankəndidə Azərbaycan-BMT tərəfdaşlığına həsr olunan yüksək səviyyəli strateji dialoq keçirilir
- 23 oktyabr, 2026
- 11:45
Yeniliklərdən dərhal xəbərdar olun!
Xankəndi şəhərində "Qarabağda Dayanıqlı İnkişaf Məqsədləri anı: Gələcək naminə Azərbaycan-BMT tərəfdaşlığı" mövzusunda yüksək səviyyəli strateji dialoq keçirilir.
"Report"un Xankəndiyə ezam olunan əməkdaşı xəbər verir ki, tədbir 24 oktyabr - BMT Günü münasibətilə təşkil olunub.
Tədbirdə iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, Azərbaycanda BMT-nin Rezident Koordinatoru Dmitro Şlapaçenko, Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov və başqa rəsmi şəxslər iştirak edirlər.
Dialoqun əsas məqsədi dayanıqlı inkişaf üzrə əməkdaşlığın prioritetlərini, Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) Qarabağ iqtisadi rayonunda lokallaşdırılmasını və regionun inkişafının sürətləndirilməsi imkanlarını dəyərləndirməkdir.