Tacikistan parlamentinin sədri Azərbaycana səfər edəcək

Xarici siyasət
  • 26 sentyabr, 2016
  • 07:39
Tacikistan parlamentinin sədri Azərbaycana səfər edəcək

Bakı. 26 sentyabr. REPORT.AZ/ Tacikistan parlament aşağı palatasının sədri Şukurcon Zuxurov Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun dəvəti ilə Bakıya üç günlük rəsmi səfərə gələcək.

Bu barədə "Report" Tacikistan KİV-inə istinadən xəbər verir.

Ş.Zuxurovun sentyabrın 27-də başlayacaq Bakı səfəri zamanı onun Azərbaycan Prezidenti İlham Əliyev, baş nazir Artur Rasi-zadə və Milli Məclisinin sədri Oqtay Əsədovla görüşü planlaşdırılır.

Ş.Zuxurov, həmçinin Bakıda V Beynəlxalq Humanitar Forumda iştirak edəcək.

Qeyd edək ki, bu günə qədər Azərbaycan və Tacikistanin imzaladığı müqavilə və hüquqi baza 30 sənəddən ibarətdir.

44 - Tezliklə