Aİ Arktikada ABŞ və Rusiyaya qarşı mübarizə üçün proqrama başlamaq niyyətindədir

Digər ölkələr
  • 17 oktyabr, 2026
  • 04:31
Aİ Arktikada ABŞ və Rusiyaya qarşı mübarizə üçün proqrama başlamaq niyyətindədir

Avropa İttifaqı (Aİ) 2027-ci ildə Arktikanı müşahidə proqramına başlamağı planlaşdırır.

"Report"un məlumatına görə, bu barədə "Bloomberg" Aİ-nin yeni Arktika strategiyasına istinadən xəbər verib.

Sənədin gələn həftə dərc olunması gözlənilir.

Proqram çərçivəsində quruda və dənizdə təhdidləri müəyyən etmək üçün Aİ-nin "Copernicus" və "Galileo" peyk sistemlərindən istifadə etməsi gözlənilir. "Bloomberg"in məlumatına görə, Aİ regional əlaqələri gücləndirmək, ABŞ və Rusiyanın artan ambisiyalarına qarşı durmaq üçün Arktikanı müşahidə proqramını başlatmaq qərarına gəlib.

Sənəd bölgədə artan gəmiçilik axınını əlavə risklərlə əlaqələndirir.

"Sərt və zəif başa düşülən mühitdə Arktika gəmiçiliyinin artması fəlakətli qəzalar, ciddi dəniz çirklənməsi və hibrid müdaxilə riskini əhəmiyyətli dərəcədə artırır", - proqramda bildirilir.