“Sülhün Kökləri” təşkilatının rəhbəri “Dünya Ərzaq Mükafatı”na layiq görülüb

Xarici siyasət
  • 11 may, 2023
  • 15:20
“Sülhün Kökləri” təşkilatının rəhbəri “Dünya Ərzaq Mükafatı”na layiq görülüb

Azərbaycanda səfərdə olan “Sülhün Kökləri” (Roots of Peace) beynəlxalq humanitar təşkilatının təsisçisi və rəhbəri Heidi Kühn “Dünya Ərzaq Mükafatı” laureatı elan edilib.

"Report" xəbər verir ki, “Dünya Ərzaq Mükafatı 2023” (“The 2023 World Food Prize”) qalibi ABŞ Dövlət Departamenti Akademiyasında təqdim edilib. Tədbirdə ABŞ Dövlət Departamentin Katibi Antoni Blinken çıxış edib.

Qeyd edək ki, 1986-cı ildən bu günədək hər il keçirilən mükafatlandırma mərasimində irqindən, dinindən, milliyyətindən və ya siyasi əqidəsindən asılı olmayaraq, dünyada qidanın keyfiyyətini, kəmiyyətini və ya mövcudluğunu yaxşılaşdırmaqla insanlığın inkişafına dəstək göstərmiş şəxslər “Dünya Ərzaq Mükafatı” ilə təltif edilir.

H.Kühn 20 ildən artıqdır dünyanın müxtəlif yerlərində müharibənin təsirindən zərər çəkmiş bölgələrdə yaşayan bir milyondan çox insana kənd təsərrüfatı vasitəsilə sülh və firavanlığı bərpa etmək üçün fəaliyyət göstərib. Artıq ikinci dəfə Azərbaycanda səfərdə olan təşkilat rəhbərinin kənd təsərrüfatına dəstək məqsədilə “Minalardan üzümlüyə” (“Mines to Vines”) adlı təşəbbüsü ilə minalarla çirklənmiş ərazilərin əkin sahələrinə çevrilməsinə dəstək verir.

44 filmi