Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Xarici siyasət
- 13 dekabr, 2018
- 11:26
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 13 dekabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
"Report"un xəbərinə görə, başsağlığı məktubunda deyilir:
"Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
Ankarada baş vermiş dəmir yolu qəzası nəticəsində insan tələfatı və yaralananlar barədə xəbər məni son dərəcə kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!".
Son xəbərlər
05:23
Uruqvayda iki təyyarə toqquşub, pilotlardan biri həlak olub
Digər ölkələr
04:49
Afrikada 700 milyondan çox insanın təmiz suya çıxışı yoxdur
Digər ölkələr
04:25
Albaniyada etirazlar fonunda hökumət dialoq üçün yeni tədbirlər həyata keçirəcək
Digər ölkələr
03:51
"Bild": Almaniyanın dövlət borcu 2,8 trilyon avronu keçib
Digər ölkələr
03:40
Bessent ABŞ-nin İrana təzyiq planı üçün dəqiq zaman qrafikinin olmadığını bildirib
Digər ölkələr
03:03
Yaponiyada güclü zəlzələ baş verib
Digər ölkələr
02:27
İngiltərə Liqa Kuboku: "Liverpul" 1/8 finalda "Çelsi"ni məğlub edib
Futbol
02:06
Tramp: Vens Rezaiyə məktubunda İrana dərman preparatları çatdırmağı təklif edib
Digər ölkələr
01:42
Uşakov Əbu-Dabidə Ukrayna üzrə üçtərəfli danışıqların keçiriləcəyi tarixi açıqlayıb
Region