Bessent ABŞ-nin İrana təzyiq planı üçün dəqiq zaman qrafikinin olmadığını bildirib

Digər ölkələr
  • 29 oktyabr, 2026
  • 03:40
Bessent ABŞ-nin İrana təzyiq planı üçün dəqiq zaman qrafikinin olmadığını bildirib

ABŞ-nin maliyyə naziri Skott Bessent İrana qarşı iqtisadi təzyiq kampaniyasının nə qədər davam edəcəyi barədə məlumatı olmadığını bildirib.

"Report" xəbər verir ki, Bessent bu barədə "CNBC" telekanalının efirində bildirib.

Ona İranı danışıqlar masasına qayıtmağa inandırmaq üçün ABŞ-yə nə qədər vaxt lazım olacağı ilə bağlı sual verilib.

"Mənim vaxt çərçivəm yoxdur", - o cavab verib və iddia edib ki, iki aydan çox davam edən "İqtisadi təcrid" əməliyyatı çox uğurludur.

Avqustun sonunda Bessent "İqtisadi təcrid" əməliyyatının başladıldığını bəyan etmişdi. O zaman o bildirmişdi ki, bu tədbirlər aylarla davam edə bilər.

44 filmi