"The Atlantic": Heqset Pentaqonun baş hərbi strateqini işdən çıxarıb
- 29 oktyabr, 2026
- 06:54
Yeniliklərdən dərhal xəbərdar olun!
Pentaqon rəhbəri Pit Heqset qurumun baş hərbi planlaşdırıcısı general-leytenant Brett Silviyanı vəzifəsindən azad edib.
"Report" xəbər verir ki, bu barədə "The Atlantic" hərbi idarə nümayəndələrinə və Birləşmiş Qərargah Rəisləri Komitəsinin bəyanatına istinadən məlumat yayıb.
Silviya ABŞ Birləşmiş Qərargahının strategiya, planlaşdırma və siyasət idarəsinə rəhbərlik edirdi. O, həftənin əvvəlində bu vəzifədən kənarlaşdırılıb. "The Atlantic" qeyd edib ki, onun xələfinin adı hələ açıqlanmayıb, generalın vəzifələrini kimin icra edəcəyi də həmçinin məlum deyil. Nəşr bildirib ki, qərargahın saytında onun tərcümeyi-halı olan səhifə artıq silinib.
O, son bir ildə vəzifəsindən kənarlaşdırılan ikinci idarə rəhbəri olub. Bu, ABŞ-nin İrana mümkün yeni zərbələrinin müzakirəsi fonunda baş verib. "The Atlantic"in məlumatına görə, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) nüvə obyektlərinə qısamüddətli hücumlardan tutmuş, İran iqtisadiyyatına təzyiqi gücləndirmək və Tehranı danışıqlara sövq etmək məqsədi daşıyan daha uzunmüddətli əməliyyata qədər bir neçə variant hazırlayıb. Nəşr dəqiqləşdirib ki, ABŞ Prezidenti Donald Tramp hələlik qərar qəbul etməyib.