Nakita Aboya: Rəqəmsal platformalar Afrikada aqrar-sənaye kompleksi sektorunun transformasiyası üçün vacibdir

Xarici siyasət
  • 20 may, 2026
  • 12:38
Nakita Aboya: Rəqəmsal platformalar Afrikada aqrar-sənaye kompleksi sektorunun transformasiyası üçün vacibdir

Yerli gənclərin təşəbbüsləri, o cümlədən rəqəmsal alətlər və platformalar, Afrika ölkələrində aqro-ərzaq sistemlərinin və ictimai idarəetmə sisteminin transformasiyasının mühüm elementinə çevrilir.

"Report" xəbər verir ki, bu barədə "World Food Forum"un (WFF) Kamerun üzrə rəhbəri Nakita Aboya Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "DİM-lərin lokallaşdırılması: tərəfdaşlıqlar və innovasiyalar vasitəsilə sistemli dəyişikliklərin təşviqi" mövzusuna həsr olunmuş panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, əsas nümunələrdən biri kiçik fermerlər üçün istehsalçıları qlobal alıcılar və bazarlarla birbaşa əlaqələndirməyə imkan verən rəqəmsal tətbiqdir: "Bu tətbiq kiçik fermerləri qlobal bazarlarla birləşdirmək üçün hazırlanıb ki, onlar öz məhsullarını sata bilsinlər".

N.Aboya vurğulayıb ki, bu cür həllərin tətbiqi fermerlərin gəlirlərinin artmasına səbəb olur və yerli icmaların inkişafına multiplikator effekti göstərir. O, həmçinin bildirib ki, model WFF vasitəsilə Kot-d'İvuarda miqyaslandırılıb.

44 - Tezliklə