Mayke Zalize: Əlçatan mənzil böhranı həyat keyfiyyətinin aşağı düşməsinin əsas amilinə çevrilir

Xarici siyasət
  • 20 may, 2026
  • 15:48
Mayke Zalize: Əlçatan mənzil böhranı həyat keyfiyyətinin aşağı düşməsinin əsas amilinə çevrilir

Əlçatan mənzil böhranı və ev təsərrüfatlarının icarə xərclərinin artması Avropa İqtisadi Komissiyası regionu ölkələrində həyat keyfiyyətinin aşağı düşməsinin əsas amillərinə çevrilir.

"Report" xəbər verir ki, bu barədə Avropa İqtisadi Komissiyasının iqtisadi məsələlər üzrə kiçik əməkdaşı Mayke Zalize (Maike Salize) Bakıda WUF13 çərçivəsində keçirilən "Öhdəliklərdən təsirə - şəhərlərdə həyat keyfiyyətinin birgə kompleks yaxşılaşdırılması" tədbirində bildirib.

Onun sözlərinə görə, region Vankuverdən Vladivostoka qədər olan məkanı əhatə edir, bu da şəhərlərdəki şəraitin əhəmiyyətli dərəcədə fərqlənməsi səbəbindən həyat keyfiyyətinin vahid şəkildə müəyyən edilməsini çətinləşdirir.

O qeyd edib ki, əlçatan və dayanıqlı mənzil əsas problemlərdən biri olaraq qalmaqdadır. Bununla yanaşı, bir sıra şəhərlərdə sakinlər gəlirlərinin 40 %-ə qədərini mənzilə xərcləmək məcburiyyətində qaldıqları üçün regionda faktiki olaraq "mənzil böhranı" formalaşıb.

"Bu cür xərclər ev təsərrüfatlarının təhsilə, qidaya, asudə vaxta və yığımlara vəsait xərcləmək imkanlarını azaldır ki, bu da birbaşa olaraq həyat keyfiyyətinin səviyyəsini aşağı salır. Əlçatan mənzil çatışmazlığı həmçinin işə getmək üçün yola sərf olunan vaxtın artmasına gətirib çıxarır, çünki insanlar şəhərətrafı ərazilərə köçmək məcburiyyətində qalırlar", - o bildirib.

Zalize əlavə edib ki, regionda daha bir əhəmiyyətli çağırış əhalinin qocalması olaraq qalmaqdadır, bu da əlçatan infrastruktura və uyğunlaşdırılmış mənzilə olan tələbata təsir göstərir, eləcə də həyatın müxtəlif mərhələlərində şəhər xidmətlərinə dair tələbləri dəyişir.

44 filmi