Azərbaycan Seneqalla enerji sahəsində əməkdaşlığı müzakirə edib

Energetika
  • 26 oktyabr, 2026
  • 15:15
Azərbaycan Seneqalla enerji sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan və Seneqal enerji sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edib.

"Report" xəbər verir ki, bu barədə energatika naziri Pərviz Şahbazov "X" sosial şəbəsindəki hesabında bildirib.

Bununla bağlı müzakirələr Rusiyanın paytaxtı Moskvada azərbaycanlı nazir ilə Seneqalın energetika və neft naziri El Hacı Abdurahman Diuf arasında görüşdə aparılıb.

"Hər iki ölkənin enerji şirkətləri arasında mümkün əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi məqsədilə intensiv təmasların vacibliyi barədə fikir mübadiləsi apardıq", - P.Şahbazov qeyd edib.

44 filmi