Hasan Suver: WUF13-ün "Davamlı və inklüziv şəhərlər" mövzusu TDT-nin fəaliyyətləri ilə üst-üstə düşür

Xarici siyasət
  • 19 may, 2026
  • 18:09
Hasan Suver: WUF13-ün Davamlı və inklüziv şəhərlər mövzusu TDT-nin fəaliyyətləri ilə üst-üstə düşür

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) "Davamlı və inklüziv şəhərlər" mövzusu Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində həyata keçirilən ətraf mühit, iqlim dəyişikliyi, şəhərsalma və dayanıqlı inkişaf fəaliyyətləri ilə üst-üstə düşür.

"Report" xəbər verir ki, bunu Türkiyənin ekologiya, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Hasan Suver WUF13 çərçivəsində baş tutan TTDT-nin Yüksək Səviyyəli Şəhər Dialoqunda deyib

Onun sözlərinə görə, bu gün Bakıya şəhərlərin gələcəyi, insanların yaşam keyfiyyəti, iqlim dəyişikliyi ilə birgə mübarizə və Türk dünyasının dayanıqlı inkişaf vizyonunu müzakirə etmək üçün toplaşıblar:

"Artıq şəhərlər yalnız əhalinin sıxlaşdığı ərazilər deyil, iqlim dəyişikliyinin təsirlərinin ən bariz şəkildə göründüyü, eyni zamanda, həll yollarının da istehsal edildiyi mərkəzlərdir. İqlim dəyişikliyi, quraqlıq, səhralaşma, torpaqların korlanması, bioloji müxtəlifliyin itirilməsi, su qıtlığı və tullantıların idarə edilməsi kimi məsələlər iqtisadi inkişafa, sosial rifaha, ərzaq təhlükəsizliyinə və gələcək nəsillərin yaşamaq hüququna birbaşa təsir edən ortaq sınaqlardır. ​Türkiyə olaraq, Aralıq dənizi hövzəsində yerləşən və iqlim dəyişikliyinin təsirlərinə yüksək dərəcədə məruz qalan bir ölkəyik. ​Bu səbəbdən təbii ehtiyatlarımızın qorunması, torpaqlarımızın dayanıqlı idarə edilməsi, korlanmış ərazilərin reabilitasiyası və iqlim dəyişikliyinə uyğunlaşma potensialımızın artırılması istiqamətindəki fəaliyyətlərimizi qətiyyətlə davam etdiririk".

44 filmi