İrakli Qaribaşvili Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib
Xarici siyasət
- 05 may, 2021
- 11:34
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mayın 5-də Fəxri xiyabanı ziyarət edib.
"Report" xəbər verir ki, hökumət başçısı xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
İ.Qaribaşvili daha sonra Şəhidlər xiyabanını ziyarət edib. O, ölkəmizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Son xəbərlər
08:11
Foto
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
07:59
"OpenAI"nin süni intellekt agentləri öz davranışlarını izləyən monitorinq sistemlərindən iki dəfə yayınıb
İKT
07:29
Saxalin sahilində neft məhsullarının sızması baş verib
Region
06:49
ABŞ-nin dövlət borcu iki ay ərzində təxminən 400 milyard dollar artıb
Digər ölkələr
06:15
BMT-də Azərbaycanın multikultural cəmiyyət modelindən bəhs olunub
Xarici siyasət
05:43
Pentaqon Şimali Karolinada çip istehsalına 1,5 milyard dollar yatırım edir
Digər ölkələr
05:15
"ChatGPT"də təhlükəsiz yazışma funksiyası istifadəyə verilib
İKT
04:53
Azərbaycan BMT-ni itkin düşmüş şəxslər məsələsində daha fəal rol oynamağa çağırıb
Xarici siyasət
04:36
"Axios": ABŞ Oslodakı danışıqlardan sonra Rusiyadan kompromisə getməyi gözləyir
Digər ölkələr