Pentaqon Şimali Karolinada çip istehsalına 1,5 milyard dollar yatırım edir

Digər ölkələr
  • 21 oktyabr, 2026
  • 05:43
Pentaqon Şimali Karolinada çip istehsalına 1,5 milyard dollar yatırım edir

Pentaqon Şimali Karolinada qabaqcıl mikrosxemlərin istehsalına 1,5 milyard dollar yönəldəcək.

"Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp həmin ştatda tərəfdarları qarşısında çıxış edərkən danışıb.

"Müharibə Nazirliyi Şimali Karolinada qabaqcıl yarımkeçirici çiplərin istehsalına 1,5 milyard dollar investisiya yatırır", - o bildirib.

Amerika lideri daha əvvəl bildirmişdi ki, Birləşmiş Ştatlar mikrosxemlərin istehsalı üzrə özünün böyük zavodlarını inşa edir və gələcəkdə çip idxalına ehtiyac duymayacaq.