Deputat: Azərbaycan və Özbəkistan münasibətləri bütün dünya üçün əməkdaşlıq nümunəsi ola bilər

Xarici siyasət
  • 24 avqust, 2026
  • 00:55
Deputat: Azərbaycan və Özbəkistan münasibətləri bütün dünya üçün əməkdaşlıq nümunəsi ola bilər

Azərbaycan və Özbəkistan arasındakı münasibətlər bu gün yeni səviyyəyə yüksəlir və iki ölkənin əməkdaşlığı müasir qlobal çağırışlar şəraitində qarşılıqlı fəaliyyətə nümunə ola bilər.

Bu barədə Daşkənddə "Report"un müxbirinə müsahibəsində Özbəkistan parlamentinin deputatı Cəmilə Şerməhəmmədova bildirib.

"Düşünürəm ki, bu gün iki xalqın - Azərbaycan və Özbəkistanın bayramıdır. Bu sammit, bu görüş və qəbul edilmiş çoxsaylı sənədlər mədəniyyət, elm, təhsil və xüsusən də iqtisadi inkişaf sahələrində qohumluq münasibətlərimizi bir daha təsdiq edir", - o qeyd edib.

Deputatın sözlərinə görə, iki dövlətin liderləri arasında etimada əsaslanan münasibətlər xüsusi əhəmiyyət daşıyır. O vurğulayıb ki, Azərbaycan və Özbəkistanın qarşılıqlı fəaliyyəti iqtisadiyyatı, sənayeni, elmi, təhsili və mədəniyyəti əhatə edir.

C. Şerməhəmmədova iki ölkə arasında tələbə mübadiləsinin inkişafına diqqət çəkərək ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsində gənclərin rolunu ayrıca qeyd edib.

"Düşünürəm ki, qloballaşma şəraitində bugünkü görüş iki dövlət lideri arasındakı münasibətlərin necə olmalı olduğuna dair bütün dünya üçün bir nümunə olacaq", - o bildirib.

44 filmi