Ceyhun Bayramov: Azərbaycan Cammu və Kəşmir məsələsinin beynəlxalq hüquq yolu ilə həllinə sadiqdir - YENİLƏNİB
- 23 sentyabr, 2026
- 01:21
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirakı çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Cammu və Kəşmir üzrə İƏT Təmas Qrupunun iclasında iştirak və çıxış edib.
"Report" xəbər verir ki, nazir çıxışında Azərbaycanın Cammu və Kəşmir məsələsinin beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq sülh yolu ilə həllinə sadiqliyini vurğulayıb.
C.Bayramov həmçinin, İƏT və onun Cammu və Kəşmir üzrə Kontakt Qrupunun məsələyə dair davamlı və fəal mövqeyinin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb, daha geniş beynəlxalq ictimaiyyətin də məsələnin beynəlxalq gündəmdə saxlanılmasına töhfə verməsinin vacibliyini qeyd edib.
Cammu və Kəşmir məsələsinin tezliklə ədalətli və sülh yolu ilə həllinin Cənubi Asiyada uzunmüddətli sülh, sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edəcəyi vurğulanıb.
Nazir Azərbaycanın regionda atəşkəs rejiminin qorunub saxlanılmasının Hindistan ilə Pakistan arasında münasibətlərin normallaşdırılması yolu ilə regional sülh və sabitliyə zəmin yaradacağına ümid etdiyini bildirib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Cammu və Kəşmir üzrə Əlaqə Qrupunun iclasında çıxış edib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi "X"də məlumat yayıb.
O, mübahisənin beynəlxalq hüquq, beynəlxalq humanitar hüquq, BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq sülh yolu ilə həllinə Azərbaycanın sadiqliyini bir daha təsdiqləyib.
Nazir, həmçinin Hindistan-Pakistan münasibətlərinin normallaşdırılması yolu ilə regionda sülh və sabitliyin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.