İran ordusu ABŞ-nin hərbi hazırlıqlarını izləyir

Region
  • 31 oktyabr, 2026
  • 18:18
İran ordusu ABŞ-nin hərbi hazırlıqlarını izləyir

İran ordusu ABŞ-nin fəaliyyəti və hərbi hazırlıqlarını izləyir, istənilən hücumun dəf edilməsinə hazırdır.

"Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrin Baş Qərargah rəisi Əli Abdullahinin açıqlamasında deyilir.

"Düşmənçilik xarakterli addımının əlamətləri öz təsdiqini tapdığı zaman silahlı qüvvələr cavabın vaxtını və formasını seçməkdə onun hərəkətə başlamasını gözləməyəcək", - o qeyd edib.

Abdullahinin sözlərinə görə, İranın cavabı dərhal və coğrafi məhdudiyyətsiz olacaq.

44 filmi