Azərbaycanla Gürcüstan arasında parlamentlərarası əlaqələrin inkişaf perspektivləri müzakirə olunub

Xarici siyasət
  • 27 mart, 2017
  • 08:16
Azərbaycanla Gürcüstan arasında parlamentlərarası əlaqələrin inkişaf perspektivləri müzakirə olunub

Tbilisi. 27 mart. REPORT.AZ/ "Azərbaycan Gürcüstan ilə qanunverici orqanlar arasında əlaqələrin inkişafında maraqlıdır".

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə İşçi Qrupun rəhbəri Əflatun Amaşov Gürcüstan parlamentinin sədr müavini, Gürcüstan Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Zviad Dzidziquri ilə görüşdə deyib. 

Bildirilib ki, bu gün iki ölkə arasında əlaqələr bütün sahələrdə inkişaf edir. Parlamentlər arasında münasibətlərin genişlənməsi, deputatlarımızın qarşılıqlı səfərləri, beynəlxalq təşkilatlarda prinsipial məsələlərdə eyni mövqedən çıxış etmələri əlaqələrimizin daha da möhkəmlənməsinə xidmət edir.

Görüşdə, həmçinin parlamentlərarası dostluq qruplarının fəaliyyətinin genişləndirilməsinə dair fəaliyyət planının hazırlanması məsələsi də diqqət mərkəzində olub.

Görüşdə Gürcüstan parlamentinin deputatları Mahir Dərziyev, Ruslan Hacıyev, Tamaz Naveriani də iştirak ediblər.

44 filmi