İlham Əliyev: Təhlükəsizlik məsələləri istənilən ölkənin gündəliyində birinci yerdə olmalıdır

Xarici siyasət
  • 12 mart, 2026
  • 10:43
İlham Əliyev: Təhlükəsizlik məsələləri istənilən ölkənin gündəliyində birinci yerdə olmalıdır

Qlobal Bakı Forumu çox nüfuzlu beynəlxalq tədbirdir.

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı deyib.

"Mən deyərdim ki, o, qlobal səviyyəli əsas beynəlxalq forumlarla bir sırada dayanır. Burada böyük təcrübəyə malik iştirakçılar - prezidentlər, baş nazirlər, parlament sədrləri, tanınmış ictimai xadimlər, diplomatlar, biznes icması, vətəndaş cəmiyyəti və həyatımızın müxtəlif sahələrindən olan nümayəndələr fikir və təcrübə mübadiləsi aparmaq, eləcə də insanların həyatını daha yaxşı və təhlükəsiz etmək üçün ideyalar hazırlamaq məqsədilə bir araya gəlirlər".

Dövlət başçısı əlavə edib ki, bu il forumun gündəliyi olduqca genişdir və bir çox məsələləri əhatə edir.

"Lakin əminəm ki, müzakirələr zamanı əsas diqqət regionumuzda və dünyadakı cari vəziyyətə yönəldiləcək. İndi həmişəkindən daha çox aydındır ki, təhlükəsizlik, sabitlik və müdafiə məsələləri istənilən ölkənin gündəliyində birinci yerdə olmalıdır. Bu olmadan qalan hər şey mənasını itirir. Uzun illər və onilliklər ərzində öz inkişafına investisiya yatırmış ölkələr bu gün risklərlə üzləşir. Buna görə də təhlükəsizlik və sabitlik ətrafında səylərimizi birləşdirməli olduğumuz əsas amil olmalıdır", - Prezident İlham Əliyev qeyd edib.

44 filmi