Azərbaycan-Somali turizm əməkdaşlığı üzrə birgə layihələr müzakirə olunub

Turizm
  • 29 oktyabr, 2026
  • 18:53
Azərbaycan-Somali turizm əməkdaşlığı üzrə birgə layihələr müzakirə olunub

Somalidə turizm sənayesinin inkişafı məqsədilə zəruri infrastrukturun qurulması və bu sahəyə investisiyaların cəlb edilməsi istiqamətində Azərbaycanın əldə etdiyi qabaqcıl təcrübənin paylaşılması nəzərdə tutulub.

"Report" xəbər verir ki, bunu Somali Federativ Respublikasının informasiya, mədəniyyət və turizm naziri Əbdülfətah Qasım Mahmud Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə keçirilən görüşdə bildirib.

turizm sektorunun mərhələli şəkildə formalaşdırılması, turizm məqsədli səyahətlərin statistikasının aparılmasının müasir üsullarının tətbiqi, rəqabətə davamlı turizm məhsullarının hazırlanması, həmçinin ölkəsinin turizm imkanlarının tanıdılmasına dair planlarını bölüşüb. Bu istiqamətdə hər iki tərəf üçün maraq kəsb edən layihələrin reallaşdırılması da müzakirə mövzusu olub.

Görüş zamanı turizm sahəsində ikitərəfli əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinin vacibliyi vurğulanıb.