Anna Köniq Yerlmyur: "15 dəqiqəlik şəhər" konsepsiyası bərabərsizliyi azaltmağa kömək edir

Xarici siyasət
  • 20 may, 2026
  • 10:33
Anna Köniq Yerlmyur: 15 dəqiqəlik şəhər konsepsiyası bərabərsizliyi azaltmağa kömək edir

Müasir şəhərlərin hələ də insanların gündəlik ehtiyaclarını kifayət qədər nəzərə almaması xüsusilə qadınlara, uşaqlara və sosial cəhətdən həssas əhali qruplarına mənfi təsir göstərir.

"Report"un məlumatına görə, bunu Stokholmun keçmiş meri, İsveçin "Arwidsson Foundation" xeyriyyə fondunun baş direktoru Anna Köniq Yerlmyur WUF13 çərçivəsində keçirilən panel müzakirəsində bəyan edib.

Onun sözlərinə görə, məhz buna görə "15 dəqiqəlik şəhər" konsepsiyası xüsusi əhəmiyyət kəsb edir. Bu konsepsiya insanların gündəlik ehtiyaclarının (iş, təhsil, səhiyyə müəssisələri, ictimai məkanlara çıxış ) mümkün qədər qısa müddətdə əlçatanlığını nəzərdə tutur.

Köniq Yerlmyur vurğulayıb ki, bu cür yanaşma bərabərsizliyi azaltmağa, yerli iqtisadiyyatı gücləndirməyə, habelə xüsusilə qadınlar, uşaqlar və yaşlı insanlar üçün təhlükəsizliyi və inklüzivliyi artırmağa kömək edir.

44 filmi