Aleksandar Vuçiç: Şəhərlərdə texnoloji layihələr üçün Azərbaycanla əməkdaşlığı səbirsizliklə gözləyirik

Xarici siyasət
  • 18 may, 2026
  • 15:35
Aleksandar Vuçiç: Şəhərlərdə texnoloji layihələr üçün Azərbaycanla əməkdaşlığı səbirsizliklə gözləyirik

Şəhər problemləri - həddən artıq çox insan, parkinq problemləri, nəqliyyat problemlərinin həllində texnoloji yanaşma tətbiq etmək mümkündür.

"Report" xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Bakıda keçirilən WUF13 çərçivəsində baş tutan Liderlər Sammitində çıxışı zamanı deyib.

O qeyd edib ki, Bakı bu cür texnologiyaların tətbiqi üçün əla nümunəyə çevrilib:

"Bakıya elektrik avtobuslarının, elektrik nəqliyyatının tətbiqi baxımından ilhamla baxırıq. Biz bu sahədə layihələrimizi irəlilətmək üçün Azərbaycan dövləti ilə gələcək əməkdaşlığımızı səbirsizliklə gözləyirik".

44 filmi