"Dakar-2026": Azərbaycan cüdoçusu İbrahim Talıbov qızıl medal qazanıb
Fərdi
- 01 noyabr, 2026
- 20:25
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan komandası Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında ilk qızıl medalını qazanıb.
"Report" xəbər verir ki, bu uğura Azərbaycan cüdoçusu İbrahim Talıbov nail olub.
55 kq çəki dərəcəsində qüvvəsini sınayan cüdoçu finalda xorvatiyalı rəqibi Zvorc Jonaya qalib gələrək Azərbaycan komandasına "Dakar-2026"nın ilk qızıl medalını qazandırıb.
Xatırladaq ki, mübarizəyə 1/4 finaldan başlayan cüdoçu ilk iki görüşdə Mərkəzi Afrika Respublikasından olan İbrahim Mussanı və Səudiyyə Ərəbistanı təmsilçisi Muratz Hebahı mübarizədən kənarlaşdırıb.
Qeyd edək ki, noyabrın 13-dək davam edəcək "Dakar-2026"da Azərbaycan komandası 8 idman növündə 13 idmançı ilə təmsil olunur.
Son xəbərlər
22:34
Foto
Birinci vitse-prezident Mehriban Əliyeva "Zikra: xatirələr gecəsi" tamaşasını izləyib
Mədəniyyət siyasəti
22:33
Britaniya ilk dəfə Protector PUA-sını xarici gəmilərin izlənilməsinə cəlb edib
Digər ölkələr
22:20
Tramp: "Cənab veto"ya çevriləcəyəm
Digər ölkələr
22:17
SEPAH casusun saxlanıldığını açıqlayıb
Region
21:50
Ərəb koalisiyası Yəməndə husilərin obyektlərinə zərbələr endirdiyini açıqlayıb
Digər ölkələr
21:27
Video
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Daxili siyasət
21:25
"Real" La Liqanın XI turunda səfərdə "Rasinq"i darmadağın edib
Futbol
21:06
Çin 2030-cu ilədək ilk dəfə Ay səthinə astronavt endirməyi planlaşdırır
Digər ölkələr
20:50
Dallasda atışmalar nəticəsində 4 nəfər ölüb, 15 nəfər yaralanıb
Digər ölkələr