Gürcüstanda tikinti materiallarının beynəlxalq sərgisi-satışı təşkil olunacaq

Turizm
  • 28 noyabr, 2016
  • 16:55
Gürcüstanda tikinti materiallarının beynəlxalq sərgisi-satışı təşkil olunacaq

Bakı. 28 noyabr. REPORT.AZ/ Gürcüstanın Batumi şəhərində “Batumi Build 2016” tikinti materiallarının VI beynəlxalq sərgisi-satışı təşkil olunacaq.

“Report”a Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) verilən xəbərə görə, sərgi bu il dekabrın 9-dan 12-dək davam edəcək.

Azərbaycanda müvafiq sahələrdə fəaliyyət göstərən iş adamları və sahibkarlar sərgiyə dəvət olunublar.

Sərgi haqqında məlumat almaq və tədbirdə iştirak etmək istəyənlər “Azpromo”ya müraciət edə bilərlər.

44 - Tezliklə