Azərbaycan Turizm Bürosu ilə PATA arasında sənəd imzalanıb

Turizm
  • 29 oktyabr, 2026
  • 10:36
Azərbaycan Turizm Bürosu ilə PATA arasında sənəd imzalanıb

Dövlət Turizm Agentliyinin tabeliyində Azərbaycan Turizm Bürosu (ATB) ilə Asiya-Sakit Okean Turizm Assosiasiyası (PATA) arasında Anlaşma Memorandumu imzalanıb.

"Report" xəbər verir ki, imzalama mərasimi "PATA Hosted Buyers Summit Baku 2026" tədbiri çərçivəsində baş tutub.

Sənədi ATB-nin baş icraçı direktoru Florian Zenqstşmid və PATA-nın baş icraçı direktoru Nur Əhməd Həmid imzalayıblar.

Memorandum Asiya-Sakit Okean regionunda Azərbaycan haqqında məlumatlılığın artırılması və ölkənin turizm imkanlarının tanıdılması, regionun turizm bazarlarının nümayəndələri ilə əlaqələrin genişləndirilməsi, media nümayəndələri ilə əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də turizm sektorunun digər maraqlı tərəfləri arasında təcrübə və məlumat mübadiləsinin gücləndirilməsini nəzərdə tutur.