Azərbaycan və İordaniya energetika sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib

Energetika
  • 29 oktyabr, 2026
  • 16:25
Azərbaycan və İordaniya energetika sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib

Azərbaycanın İordaniyadakı səfiri Şahin Abdullayev və İordaniyanın energetika və mineral ehtiyatlar naziri Saleh Əli əl-Xarabşeh görüş zamanı energetika sahəsində əməkdaşlıq perspektivlərini, gələcək birgə layihələri müzakirə ediblər.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın İordaniyadakı səfirliyinin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

"Görüş zamanı tərəflər Azərbaycan və İordaniya arasında energetika sahəsində əməkdaşlıq perspektivləri, eləcə də gələcək birgə layihələr barədə fikir mübadiləsi aparıblar", - məlumatda bidirilib.

44 filmi