Rəşad Mustafayev: "Peşəfest 2026"da tibb bacısı və tibb qardaşı ixtisasına daha çox maraq göstərilib

Sosial müdafiə
  • 06 noyabr, 2026
  • 14:02
Rəşad Mustafayev: Peşəfest 2026da tibb bacısı və tibb qardaşı ixtisasına daha çox maraq göstərilib

"Peşəfest 2026"da gənclər tibb bacısı və tibb qardaşı ixtisaslarına daha çox maraq göstəriblər.

"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev Bakıda keçirilən "Peşəfest 2026" layihəsinin bağlanış mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O, bu tədbirlərdə 180 minə yaxın gəncin iştirak etdiyini bildirib:

"Burada 11 peşə ixtisası təqdim edildi. Ən böyük maraq tibb bacısı və tibb qardaşı ixtisasına olub. Ondan sonra uçuş mühəndisliyi və baristaya böyük maraq qeydə alınıb. Həmin ixtisaslara müvafiq olaraq 27 min, 24 min və 19 min gənc maraq göstərib. Gənclərimizin yaxınlaşıb peşə mütəxəssisləri ilə danışmaları, gələcəkdə onlara təklif olunan peşələri yaxından anlamaları, peşə istiqamətlərini daha yaxşı müəyyənləşdirə bilmələri bizim üçün çox vacibdir".

44 filmi