Lənkəranda qanunsuz işləyən şirniyyat istehsalı müəssisəsi aşkarlanıb
Sağlamlıq
- 10 oktyabr, 2023
- 13:44
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları daxil olan vətəndaş şikayəti əsasında Lənkəran şəhəri, Kələntərlilər küçəsində fəaliyyət göstərən, Tağıyev Əyyar Təyyar oğluna məxsus şirniyyat istehsalı müəssisəsində plandankənar yoxlama keçirib.
AQTA-dan "Report"a verilən məlumata görə, baxış zamanı obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, temperatur rejiminin pozulduğu, mütəmadi olaraq müvafiq təmizlik işlərinin aparılmadığı, işçi heyətin dövri tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkarlanıb.
Nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və rəhbəri barəsində inzibati protokol tərtib edilib.
Son xəbərlər
15:43
Foto
Xankəndidə Azərbaycan-BMT yüksək səviyyəli dialoqu keçirilib - Yenilənib
Xarici siyasət
15:36
Salyanda avtoqəza olub, ölən və yaralananlar var
Hadisə
15:31
Bakı, Gəncə və Sumqayıtda 82 kiloqram narkotik dövriyyədən çıxarılıb
Hadisə
15:24
Foto
Kəmaləddin Heydərov Qaxda vətəndaşları qəbul edib
Daxili siyasət
15:23
Foto
AQP nümayəndə heyəti Vyanada beynəlxalq konfransda iştirak edir
İnfrastruktur
15:22
Danimarka Ukraynaya F-16 qırıcı təyyarələri üçün 50 min döyüş sursatı verib
Region
15:19
Türkiyədə daş kömür mədənindəki partlayışda ölənlərin sayı 3-ə çatıb - Yenilənib
Region
15:16
"Arsenal" Aleks Baenanı heyətinə qatmaq istəyir
Futbol
15:12
Azərbaycanda daha 9 nəqliyyat vasitəsi özəlləşdirilib
Biznes