Türkiyənin müdafiə naziri: “Ərdoğan və Putin “S-400”lə bağlı müqavilənin parametrlərini müzakirə edəcək”

Region
  • 24 aprel, 2017
  • 08:58
Türkiyənin müdafiə naziri: “Ərdoğan və Putin “S-400”lə bağlı müqavilənin parametrlərini müzakirə edəcək”

Bakı. 24 aprel. REPORT.AZ/ “Mayın 3-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Soçidə “S-400” zenit-raket kompleksinin satışı ilə bağlı müqavilənin parametrlərini müzakirə edəcək”.

“Report” Haber7-yə istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Fikri Işık bildirib.

O, danışıqların detalları haqda məlumat verməyib: “Onu açıqlamaq düz olmazdı”.

Türkiyənin Rusiyadan “S-400” alınması ilə bağlı danışıqlar aparması ötən ilin noyabrında məlum olub.

Qeyd edək ki, bir müddət əvvəl Fikri Işık bu kompleksin əldə edilməsi ilə bağlı müqavilənin imzalanmasının bir addımlığında olduqlarını bildirmişdi.