Türkiyədə hakim partiyanın binasına hücum olub
Region
- 30 may, 2023
- 06:24
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün səhər Türkiyədə hakim AK Partinin (Ədalət və İnkişaf Partiyası) Kırklareli şəhərinin Lüleburqaz rayon təşkilatının binasına hücum olub.
“Report” xəbər verir ki, hücumu həyata keçirən şəxs binaya daşlar atıb.
Nəticədə binanın pəncələrinin şüşələri sındırılıb.
Hücumu həyata keçirənin şəxsiyyəti müəyyənləşib və o, saxlanılıb. Onun haqqında istintaq başlanılıb.
Lakin həmin şəxsin adı hələlik açıqlanmayıb. Onun 20-25 yaş aralığında olduğu bildirilib.
Qeyd edək ki, mayın 28-də Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda "Cümhur" İttifaqından prezidentliyə namizəd, AK Parti sədri Rəcəb Tayyib Ərdoğan növbəti dəfə prezident seçilib. Onun yaxın günlərdə and içəcəyi gözlənilir.
Son xəbərlər
01:59
UEFA Avropa Liqası: "Milan" öz meydanında uduzub, "Yuventus" səfərdə qələbə qazanıb
Futbol
01:57
UEFA Konfrans Liqası: "Trabzonspor" öz meydanında məğlub olub
Futbol
01:51
Rusiya XİN: Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilə bilər
Region
01:18
İsxak Hersoq İsrailin baş naziri postuna namizədin adını açıqlayacaq
Digər ölkələr
01:08
Məkkə sazişinə dair qanun layihəsi TBMM-də təsdiqlənib
Region
00:52
Serbiya RSK parlament seçkilərinin nəticələrini təsdiqləyib
Digər ölkələr
00:10
Zelenski: Ukrayna ABŞ-nin vəd etdiyi 16 milyard dollarlıq yardımı almayıb
Digər ölkələr
00:04
ABŞ Kubaya qarşı sanksiyaları genişləndirib
Digər ölkələr
00:00
Azərbaycan gimnastları dünya çempionatında mübarizəni davam etdirirlər
Fərdi