Zelenski: Ukrayna ABŞ-nin vəd etdiyi 16 milyard dollarlıq yardımı almayıb
- 06 noyabr, 2026
- 00:10
Yeniliklərdən dərhal xəbərdar olun!
Ukrayna əvvəlki razılaşmalar və qərarlarla nəzərdə tutulmuş 16 milyard dollar məbləğində yardımı ABŞ-dən almayıb.
"Report" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski TSN-ə müsahibəsində bildirib.
"Məsələ qaldırmaq lazımdır ki, əvvəlki razılaşmalardan və qərarlardan 16 milyard dollar dayandırılıb, daha 16 milyard dollar isə ayrılmayıb. Necə olursa-olsun və biz təqdim edilən hər şeyə görə minnətdarıq, ancaq ən azından bu pullar üçün Ukrayna mübarizə aparmalıdır", – o bildirib.
Zelenskinin sözlərinə görə, Kiyev demokratların və respublikaçıların ikipartiyalı dəstəyini qoruyub saxlayaraq, ABŞ-nin yeni siyasi qüvvələri ilə tez bir zamanda dialoq qurmalıdır.
"Qüvvələrin yenidən bölüşdürülməsini (ABŞ siyasətində - red.) dərk edərək, dialoqu düzgün qurmaq lazımdır. İndi ABŞ-dən əlavə yardım almaq şanslarımız arta bilər", – Ukrayna lideri yekunlaşdırıb.
Xatırladaq ki, ABŞ-də aralıq seçkilər 3 noyabr 2026-cı ildə keçirilib. İlkin məlumatlara görə, Demokratlar Partiyası ABŞ Konqresinin hər iki palatasında (Nümayəndələr Palatasında və Senatda) səs çoxluğu əldə edərək və respublikaçıları qanunverici hakimiyyət üzərində təkbaşına nəzarətdən məhrum edib.