Türkiyə və Almaniya XİN başçıları Qəzzadakı vəziyyəti müzakirə ediblər
Region
- 17 fevral, 2024
- 18:41
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyə və Almaniyanın xarici işlər nazirləri Hakan Fidanla Annalena Berbok Qəzzadakı vəziyyəti müzakirə ediblər.
"Report" TRT-yə istinadən xəbər verir ki, görüşdə H.Fidan həmkarına bildirib ki, Qəzzada davam edən qırğınların dərhal dayandırılması üçün tədbirlər görülməlidir.
Görüş zamanı hər iki tərəf Qəzzaya humanitar yardımın çatdırılması üçün daha çox səy göstərilməsi ilə bağlı razılığa gəlib.
NATO çərçivəsində əlaqələrin də müzakirə olunduğu görüşdə Fidan Almaniya ilə enerji sahəsində əməkdaşlığa önəm verildiyini vurğulayıb.
Ötən il Türkiyə ilə Almaniya arasında ikitərəfli ticarət həcmi təxminən 50 milyard dollar olub, tərəflər bu rəqəmi 60 milyard dollara çatdırmağı hədəfləyir.
Son xəbərlər
19:49
ABŞ Moskvada terror aktına hazırlıq barədə Rusiyaya məlumat ötürüb
Region
19:37
Fransa Daxili İşlər Nazirliyi etirazlarda 15 mindən çox şəxsin iştirak etdiyini açıqlayıb
Digər ölkələr
19:26
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Qəbələ" ilə heç-heçə edib
Futbol
19:04
Tramp: Kubada hakimiyyət növbəti 2,5 il ərzində dəyişəcək
Digər ölkələr
18:57
Dünya çempionatı: Arseniy Djioyev gümüş medal qazanıb - Yenilənib-3
Fərdi
18:49
İran yeni silahlar sınaqdan keçirib
Region
18:34
İraqda təxminən 1,2 milyon ədəd odlu silah müsadirə edilib
Digər ölkələr
18:18
İran ordusu ABŞ-nin hərbi hazırlıqlarını izləyir
Region
17:59
Əraqçi: İran şərtləri qəbul edilənə qədər ABŞ ilə birbaşa danışıqlar planlaşdırmır
Digər ölkələr