Türkiyə İŞİD sıralarında döyüşmüş Rusiya ordusunun keçmiş zabitini Tacikistana təhvil verib

Region
  • 23 oktyabr, 2017
  • 09:18
Türkiyə İŞİD sıralarında döyüşmüş Rusiya ordusunun keçmiş zabitini Tacikistana təhvil verib
PA/TOLGA BOZOGLU

Bakı. 23 oktyabr. REPORT.AZ/ Türkiyə Suriya və İraqda terrorçu İŞİD qruplaşmasının sıralarında döyüşmüş Rusiya Müdafiə Nazirliyinin keçmiş zabiti, 34 yaşlı Denis Xisamovu Taciksitana təhvil verib.

“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı Tacikistanın Daxili İşlər Nazirliyi yayıb.

O, bu ilin aprelində Suriyadan qayıdarkən Türkiyə ərazisində həbs olunub.

Məlumata görə, D.Xismaov 1983-cü il dekabrın 18-də Krasnodarda doğulub. Ali təhsilli, texnika elmlər namizədidir. Rusiya Müdafiə Nazirliyinin kapitanı olub. 2015-ci ilin mayında qanunsuz yolla Tacikistan pasportu əldə edib. Bu pasportla o, Rusiyadan Türkiyəyə uçub, oradan isə terrorçu İŞİD qruplaşmasının sıralarına qoşulub.

Məlumata görə, Tacikistanın hüquq-mühafizə orqanları məsələ ilə bağlı araşdırma aparır. İstintaq araşdırması başa çatdıqdan sonra D.Xismaov Rusiyanın hüquq-mühafizə orqanlarına təhvil verəcək.

44 filmi