Antonelli "Formula 1" tarixinin ən gənc çempionu olub
- 02 noyabr, 2026
- 02:30
Yeniliklərdən dərhal xəbərdar olun!
"Mercedes" komandasının italiyalı pilotu Kimi Antonelli Meksika Qran-prisinin yekunlarına əsasən vaxtından əvvəl "Formula 1" üzrə dünya çempionu titulunu qazanıb.
"Report" xəbər verir ki, titul əldə etmək üçün 20 yaşlı pilota əsas yarışda ilk "doqquzluğ"a düşmək və cəmi iki xal toplamaq kifayət edirdi.
Nəticədə Antonelli Mexikoda üçüncü yeri tutub. Yarışın qalibi "Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen olub. İkinci yeri isə "Ferrari"nin britaniyalı sürücüsü Lüis Hemilton tutub.
Mexikodakı yarışdan əvvəl Antonelli Corc Rasseli 123, Hemiltonu isə 124 xal qabaqlayırdı. O, cari mövsümdə bundan əvvəl doqquz yarışda qalib gəlib.
2025-ci ildən "Mercedes" komandasında çıxış edən Antonelli "Formula 1" tarixinin ən gənc dünya çempionu olub. Əvvəlki rekord almaniyalı Sebastyan Fettelə məxsus idi. O, 2010-cu ildə ilk çempionluğunu 23 yaşında qazanmışdı.
Antonelli həmçinin Cüzeppe Farina (1950) və Alberto Askari (1952, 1953) ilə yanaşı, "Formula 1" tarixində İtaliyadan olan üçüncü dünya çempionudur.