Mher Qriqoryan: İrəvan tezliklə Azərbaycanla sərhədin delimitasiyasını davam etdirməyə ümid edir

Region
  • 02 noyabr, 2026
  • 12:14
Mher Qriqoryan: İrəvan tezliklə Azərbaycanla sərhədin delimitasiyasını davam etdirməyə ümid edir

Ermənistan yaxın vaxtlarda Azərbaycanla delimitasiya üzrə işləri davam etdirəcəyinə ümid edir.

"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Baş nazirinin müavini Mher Qriqoryan bildirib.

"İşlərin növbəti mərhələsi və onun qrafiki ilə bağlı hələ ki razılığımız yoxdur. Amma düşünürəm ki, tezliklə müzakirə edəcək, razılaşacaq və davam edəcəyik", - o qeyd edib.

O qeyd edib ki, TRIPP infrastrukturu ilə əlaqəli ərazilərdə delimitasiya işləri növbədənkənar qaydada aparılacaq.

"Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsinin icrası üzrə işlərə toxunan M.Qriqoryan qeyd edib ki, Ermənistan TRIPP şirkəti yaradılana qədər gözləmədən elektrik ötürücü xətləri, avtomobil və dəmir yolları üzrə layihələndirmə işlərinə başlamaq və sonradan onları TRIPP-ə təhvil vermək niyyətindədir.

"Hər üç infrastruktur obyekti Sünikdə tikilməlidir. Hazırda sxemləri, optimal variantı nəzərdən keçiririk. Ən optimal həlli tapmaq lazımdır ki, birincisi, investisiyalar səmərəli olsun, ikincisi isə infrastruktur regionda rəqabətədavamlı olsun", - o bildirib.

44 filmi