Tbilisi və Marneulidə 4 narkotik alverçisi saxlanılıb
Region
- 18 sentyabr, 2020
- 05:47
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstanın Tbilisi şəhərində və azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda külli miqdarda narkotik vasitələrin qanunsuz alınması, saxlanılması və satışında ittiham olunan 4 nəfər saxlanılıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
İstintaqla müəyyən edilib ki, saxlanılan 1985, 1984, 1974 və 1978-ci il təvəllüdlü şəxslər sistematik olaraq narkotik vasitələrin satışını həyata keçiriblər.
Onların üzərilərində və yaşadıqları evlərdə keçirilən axtarış zamanı heroin və metadon tərkibli narkotik vasitələr maddi sübut kimi müsadirə edilib.
Narkotik alverçilərini 8 ildən 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir.
Son xəbərlər
06:29
Barak Ravid: ABŞ Qeşm adasında İranın raket qurğusunu məhv edib
Digər ölkələr
05:55
Manisada təcili tibbi yardım maşını ilə traktor toqquşub
Region
05:47
Çin yeni rabitə peykləri qrupunu orbitə çıxarıb
Digər ölkələr
05:17
WSJ: ABŞ İranın Qeşm adasına zərbə endirib
Digər ölkələr
04:50
Brüsseldə Avropanın müharibədən sonrakı quruluşuna dair məsləhətləşmələr aparılacaq
Digər ölkələr
03:55
Uitkoff Rusiya, ABŞ və Ukraynanın Əbu-Dabi görüşünün tarixini açıqlayıb
Digər ölkələr
03:43
Diyarbəkirdə yol-nəqliyyat hadisəsi baş verib, 2 nəfər ölüb, 12 nəfər yaralanıb
Region
03:41
"Bloomberg": ABŞ NATO-dan Ukrayna üçün silahlara daha çox vəsait tələb edəcək
Digər ölkələr
03:17
Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında Azərbaycanın ilk qızıl medalçısı Bakıya qayıdıb
Fərdi