Rusiyanın “Unistream” ödəniş sistemi Gürcüstana pul köçürmələrini bərpa edib

Region
  • 16 may, 2024
  • 13:07
Rusiyanın “Unistream” ödəniş sistemi Gürcüstana pul köçürmələrini bərpa edib

Rusiyanın “Unistream” ödəniş sistemi Gürcüstana pul köçürmələrini bərpa edib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə “Unistream”in idarə heyətinin sədr müavini Yuliya Kaverina bildirib.

“Pul köçürmələri imkanının bərpası ilə Rusiya Federasiyasında yaşayan gürcülər üçün öz qohumlarını və yaxınlarını maddi cəhətdən dəstəkləmək indi asanlaşacaq”, - o qeyd edib.