Rusiyanın baş prokuroru Yerevanda səfərdədir
Region
- 08 aprel, 2021
- 10:41
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiyanın baş prokuroru İqor Krasnov Ermənistanda səfərdədir.
“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistan Baş Prokurorluğunun ictimaiyyətlə əlaqələr üzrə bölməsinin müdiri Arevik Xaçatryan feysbuk səhifəsində yazıb.
“Ermənistanın baş prokuroru Artur Davtyan aprelin 8-də Yerevanın “Zvartnos” hava limanında Rusiyanın baş prokurorunu qarşılayıb”, - o bildirib.
Daha sonra tərəflər arasında görüş keçirilib. Görüşün yekununda Rusiya və Ermənistan Baş prokurorluqları arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair müqavilə imzalanıb.
Qeyd edək ki, səfər Ermənistanın baş prokurorunun dəvəti ilə reallaşıb.
Son xəbərlər
23:39
Ukrayna Rusiya ilə ilk danışıqlardan ciddi nəticə gözləmir
Digər ölkələr
23:24
Türkiyə İraqdan qoşunlarını ilin sonunadək çıxaracaq
Digər ölkələr
23:17
Koalisiya qüvvələri husilərin raket istehsalı müəssisələrini vurub
Digər ölkələr
22:56
Foto
Lüksemburqda Zəfər Günü qeyd olunub
Xarici siyasət
22:45
İzmirdə zavodda baş verən partlayışla bağlı 6 nəfər saxlanılıb
Region
22:44
Aİ Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında rəqəmsal əlaqələri gücləndirəcək
Digər ölkələr
22:32
Foto
İslam Nəcəfquliyev və Vilayət Rəhimli beynəlxalq hakimlik dərəcəsi əldə ediblər
Fərdi
22:30
Trampın xüsusi nümayəndələri Əbu-Dabidən Moskvaya gedə bilərlər
Digər ölkələr
22:20
Ağ Evdə təhlükəsizlik tədbirləri gücləndirilib
Digər ölkələr