Rusiya XİN Ermənistanın Qarabağda sülhməramlıların fəaliyyəti ilə bağlı bəyanatlarını destruktiv adlandırıb

Region
  • 12 yanvar, 2024
  • 09:33
Rusiya XİN Ermənistanın Qarabağda sülhməramlıların fəaliyyəti ilə bağlı bəyanatlarını destruktiv adlandırıb

Ermənistan hakimiyyətinin Azərbaycanın Qarabağ bölgəsində Rusiya sülhməramlı kontingentinin fəaliyyəti ilə bağlı açıqlamaları destruktiv xarakter daşıyır.

“Report”un məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

“Biz belə bəyanatlar eşidirik, onları destruktiv və ən əsası həqiqətə uyğun olmayan hesab edirik. Onların davam etməsi qəribədir. Ermənistan Xarici İşlər Nazirliyindəki həmkarlarımızla çox etibarlı, yaxşı, sıx dialoq qurmuşuq. Biz dəfələrlə bu bəyanatlarla bağlı Rusiyanın mövqeyini bildirmişik və bunun ikitərəfli münasibətlərə ancaq yeni problemlər gətirdiyini söyləmişik”, - o qeyd edib.

Onun sözlərinə görə, belə bəyanatlar ikitərəfli gündəliyin möhkəmlənməsinə, regional problemlərin həllinə töhfə vermir:

“Bunun Ermənistanda və ya xaricdə kiməsə sərfəli olub-olmadığını bilmirəm. Bunu demək çətindir”.

44 filmi