Rusiya AŞPA-nın fəaliyyətində iştirak etməyənə qədər Avropa Şurasına ianə verməyəcək

Region
  • 05 dekabr, 2017
  • 13:22
Rusiya AŞPA-nın fəaliyyətində iştirak etməyənə qədər Avropa Şurasına ianə verməyəcək
Depositphotos / ifeelstock

Bakı. 5 dekabr. REPORT.AZ/ "Rusiya nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasının fəaliyyətində iştirak etməyənə qədər Rusiya Avropa Şurasına ianə verməyəcək".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədrinin müavini Pyotr Tolstoy "Rusiya 24" telekanalının efirində deyib.

O, ödənişlərin dayandırılmasından əvvəl Rusiyanın iki il ərzində Parlament Assambleyasının işində iştirak etmədən üzvlük haqqı ödədiyini bildirib.

Xatırladaq ki, 2014-2015-ci illərdə rusiyalı deputatlar AŞPA-nın iclaslarında səsvermə hüququndan məhrum olunublar.

44 filmi