Qazaxıstanda təxminən 1,1 milyon dollarlıq qızıl qaçaqmalının qarşısı alınıb

Region
  • 16 noyabr, 2026
  • 12:43
Qazaxıstanda təxminən 1,1 milyon dollarlıq qızıl qaçaqmalının qarşısı alınıb

Gömrükçülər və sərhədçilər Qazaxıstanın Jetısu vilayəti prokurorlarının dəstəyi ilə dəyəri 488 milyon tengə (təxminən 1,1 milyon dollar) olan külli miqdarda qızıl qaçaqmalçılığının qarşısını alıblar.

"Report" yerli mediaya istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Baş Prokurorluğundan məlumat verilib.

"Almatı sakini külli miqdarda qiymətli metalı qanunsuz yolla buraxılış məntəqəsindən keçirməyə cəhd edib. Gömrük və sərhəd nəzarətindən gizlətmək üçün o qızıl külçələrini yapışqan lentlə bədəninə bərkidib", - məlumatda bildirilib.

Qaçaqmal gömrük baxışı zamanı aşkar edilib.

Baş Prokurorluqdan bildirilib ki, ümumi çəkisi 5,764 kq olan qızıl dövlət gəlirinə yönəldilib.