Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiyaya səfər edəcək

Region
  • 25 noyabr, 2026
  • 14:17
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiyaya səfər edəcək
Kasım-Jomart Tokayev

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə noyabrın 25-26-da Moskvaya işgüzar səfər edəcək.

"Report" xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat katibi Aybek Smadiyarov bildirib.

Səfər çərçivəsində dövlət başçıları Qazaxıstan-Rusiya strateji tərəfdaşlığının və müttəfiqliyinin daha da möhkəmləndirilməsi perspektivlərini müzakirə edəcəklər.

Bundan əlavə, Qazaxıstan Prezidenti süni intellekt üzrə "AI Journey 2026" Beynəlxalq konfransında iştirak edəcək.