Paşinyan TRIPP layihəsinin icrasına noyabrın 22-də yox, 23-də başlanılacağını açıqlayıb - Yenilənib
- 21 noyabr, 2026
- 21:06
Yeniliklərdən dərhal xəbərdar olun!
Ermənistanın Baş naziri Nikol Paşinyan günləri səhv saldığını və "Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu" (TRIPP) layihəsinə rəsmi startın noyabrın 22-də deyil, 23-də veriləcəyini bildirib.
"Report" xəbər verir ki, baş nazir müvafiq paylaşımı öz "Telegram" kanalında edib.
"Sən demə, sabah bazar günüdür. TRIPP layihəsinə rəsmi start bazar ertəsi veriləcək", - Paşinyan yazıb.
Daha əvvəl Paşinyan "Digitec 2026" konfransı çərçivəsindəki müzakirədə TRIPP-nin açılışının noyabrın 22-də baş tutacağını bildirmişdi.
Ermənistan hökuməti sabah "Beynəlxalq sülh və firavanlıq naminə Tramp Marşrutu" (TRIPP) layihəsinin başlanmasını rəsmi şəkildə elan edəcək.
"Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan "Digitec" yüksək texnologiyalar forumunda NVIDIA-nın vitse-prezidenti Rev Lebaredyanın iştirakı ilə keçirilən müzakirə zamanı bildirib.
"Sabah biz TRIPP layihəsinin başlanmasını rəsmi şəkildə elan edəcəyik", - N.Paşinyan deyib.
O qeyd edib ki, layihənin mühüm tərkib hissəsi elektrik enerjisinin tranziti olacaq. Onun sözlərinə görə, Ermənistan öz enerji şəbəkələrini Türkiyə və Azərbaycanla birləşdirmək niyyətindədir.