İran İsveçrədəki danışıqların nəticələrinə əsasən dörd işçi qrupunun formalaşdırıldığını açıqlayıb

Region
  • 23 iyun, 2026
  • 09:12
İran İsveçrədəki danışıqların nəticələrinə əsasən dörd işçi qrupunun formalaşdırıldığını açıqlayıb

İsveçrənin Bürgenştok şəhərində İran və ABŞ arasında keçirilən dördtərəfli məsləhətləşmələrin yekunlarına əsasən dörd işçi qrupunun yaradılması razılaşdırılıb.

"Report" "Press TV" telekanalına istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Kazem Qəribabadi bildirib.

Onun sözlərinə görə, sanksiyaların ləğvi, nüvə proqramının tənzimlənməsi, bərpa və iqtisadi inkişaf, eləcə də monitorinq məsələləri üzrə işçi qrupları formalaşdırılıb.

44 - Tezliklə