Biləsuvarda avtomobil qəzasında ölənlərin şəxsiyyəti məlum olub - yenilənib
- 17 oktyabr, 2026
- 14:57
Yeniliklərdən dərhal xəbərdar olun!
Biləsuvar rayonunda baş verən avtomobil qəzasında ölənlərin şəxsiyyəti məlum olub.
"Report"un Muğan bürosunun məlumatına görə, 1986-cı il təvəllüdlü Tacəddin Yusifovun idarə etdiyi "Toyota" markalı avtomobil rayonun Səmədabad kəndi ərazisində idarəetmədən çıxaraq aşıb.
Hadisə nəticəsində sürücü T.Yusifov və sərnişin, 1966-cı il təvəllüdlü Tovuz Axundova hadisə yerində ölüb. Avtomobildə olan digər üç nəfər isə xəsarət alıb. Onlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Qeyd edək ki, avtomobildə olanlar bir ailənin üzvləridir.
Faktla bağlı araşdırma aparılır.
Biləsuvar rayonunda iki nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.
"Report"un Muğan bürosu xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayonun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, idarəetmədən çıxan minik avtomobilinin aşması nəticəsində iki nəfər ölüb, üç nəfər isə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.