İran yeni əməliyyat planı hazırlayıb
- 18 oktyabr, 2026
- 12:11
Yeniliklərdən dərhal xəbərdar olun!
İran ABŞ və İsrailə qarşı yeni plan hazırlayıb.
"Report" xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai "X" sosial şəbəkə hesabında yazıb.
"İranın silahlı qüvvələri yeni avantüraya qarşı 12 və 40 günlük müharibələrdən daha dağıdıcı plan hazırlayıb", - o bildirib.
Rezainin sözlərinə görə, ABŞ və İsrailin təhdid dolu bəyanatları mövcud reallığı dəyişməyəcək:
"İranın yeni əməliyyat planı onların öyrəşdiyi qaydalarla həyata keçirilməyəcək".
هذیانگویی و تهدیدهای مکرر این روزهای مقامات آمریکایی و صهیونی، واقعیت میدان را تغییر نمیدهد. نیروهای مسلح ایران برای ماجراجویی جدید، طرحی ویرانگرتر از جنگهای ۱۲ و ۴۰ روزه آماده کردهاند. طرح عملیاتی جدید ایران، با قواعدی که آنها میشناسند، پیش نخواهد رفت.
— محسن رضایی (@ir_rezaee) October 18, 2026