Gürcüstanda prezident administrasiyasına rəhbər təyinatı olub
Region
- 29 dekabr, 2024
- 10:59
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili hüquqşünas Ketevan Kvinikadzeni öz administrasiyasının rəhbəri təyin edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə parlamentin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Kvinikadze bundan əvvəl Gürcüstan parlamentinin aparat rəhbəri (2021-ci ildən) vəzifəsində çalışıb.
O, müxtəlif illərdə Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti administrasiyasının rəhbəri, Ali Ədliyyə Məktəbinin direktor müavini olub.
Xatırladaq ki, bu gün Gürcüstan parlamentində Kavelaşvilinin andiçmə mərasimi keçirilib. O, dekabrın 14-də Seçicilər Kollegiyası tərəfindən beş il müddətinə prezident seçilib.
Кетеван Квиникадзе возглавила администрацию нового президента Грузии
New head of presidential administration appointed in Georgia
Son xəbərlər
09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (26.10.2026)
Maliyyə
08:57
İordaniyada kilsəyə hücumda şübhəli bilinən üç nəfər saxlanılıb
Digər ölkələr
08:43
Türkiyə kəşfiyyatının rəhbəri İrana səfər edəcək
Region
08:14
Foto
Həftənin ilk günü paytaxtın bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
08:03
Kütləvi kiberhücumlara görə Yaponiya hökumətinin təcili iclası keçiriləcək
Digər ölkələr
08:00
U-15 dünya çempionatı: Azərbaycan millisi daha iki matç keçirəcək
Futbol
07:39
Lula da Silva Braziliyanın ABŞ-nin "arxa bağça"sı olmayacağını bildirib
Digər ölkələr
07:22
Tayvan nadir torpaq metallarının istehsalı üzrə ilk zavodu inşa etməyi planlaşdırır
Digər ölkələr
06:58
Cənubi Koreya və ABŞ "Freedom Flag" birgə hərbi təlimlərinə başlayıb
Digər ölkələr